Bu il qeydə alınan nigah və doğulan körpələrin sayı açıqlanıb
30.12.2021 432 0.0 0

2021 ci il bu gününə kimi ölkədə 111 mindən çox doğum, nikahların sayı isə xeyli artaraq 55 mini keçib.

Qazeta.info xəbər verir ki, bu məlumat Dekabrın 30-da ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilən kollegiya iclasında açıqlanıb.

Kollegiyada ədliyyə fəaliyyətinin əsas istiqamətləri üzrə cari ildə görülmüş işlər təhlil edilərək məlumat verilib ki, qanunyaradıcı fəaliyyətdə aktiv iştirak edən nazirlik tərəfindən iqtisadi, sosial və digər aktual məsələlərlə bağlı ötən illə müqayisədə 35% çox – 2.400-ə yaxın hüquqi akt layihəsi hazırlanıb, 3.400-dən çox akt ekspertizadan keçirilib.

Vətəndaş məmnunluğunun təmin olunması məqsədilə ictimaiyyət üçün daim açıq saxlanılan və mütəmadi yenilənən milli qanunvericiliyin vahid elektron resursuna (e-qanun.az) daxilolmaların sayı 2,8 milyonu ötüb ki, bu da ötən illə müqayisədə 25% çoxdur.

Ölkə iqtisadiyyatının inkişafı və mülki dövriyyənin artması nəticəsində notariat hərəkətlərinin sayı çoxalaraq 4.3 milyonu ötüb. Həmçinin 111 mindən çox doğum qeydə alınıb, habelə nikahların sayı xeyli artaraq 55 mini keçib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar