Bu il məktəblərdə `Son zəng` tədbirləri keçiriləcəkmi?
13.04.2022 293 0.0 0

Təhsil naziri Emin Əmrullayev bu tədris ilinin sonu üçün məktəblərdə "Son zəng" tədbirlərinin keçirilib-keçirilməməsi barədə danışıb.

Məlumata görə, nazir jurnalistlərə açıqlamasında bildirib ki, bu barədə danışmaq tezdir.

O qeyd edib ki, tədris ilinin başa çatmasına 2 aya yaxın vaxt var:

"Bu tip qərarları Nazirlər Kabineti yanında Operativ Qərargah mövcud vəziyyətə uyğun verir. Lakin müşahidə olunan şərait davam etsə, təbii ki, "Son zəng" tədbirləri ənənəvi qaydaya yaxın formatda keçirilməsi istisna edilmir"./report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar