Bu il Bakı metrosu ilə daşınan sərnişinlərin sayı azalıb
16.11.2016 676 0.0 0

Cari ilin yanvar-oktyabr aylarında Bakı metrosu ilə daşınan sərnişinlərin sayı ötən ilin müvafiq dövrünə nisbətən azalıb.

 

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 177,5 mln. nəfər olub.

 

Bu göstərici ötən il ilə müqayisədə 2,9% azdır. Ümumilikdə bu il nəqliyyat sektorunda daşınan sərnişinlərin 11,2%-i metronun payına düşür./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar