Bu il Azərbaycanda qara qurd sancmasından 5 nəfər ölüb
15.12.2017 791 0.0 0

 "Bu il ölkədə qara qurd sancmasından 5 nəfər dünyasını dəyişib".

Məlumata görə, bunu Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.

Onun sözlərinə görə, ötən il ilə müqayisdə hörümçəyin növlərindən biri olan qara qurd sancmasından qeydə alınan ölüm halları azalıb: "2016-cı il üçün hörümçək sancmasından 10 nəfər ölmüşdüsə, bu il bu diaqnozdan ölənlərin sayı 5 nəfərə qədər azalıb. Ölənlər orta yaşlı insanlardır".

Şöbə müdiri əlavə edib ki, ötən il ilə müqayisədə Azərbaycanda ilan sancmalarının sayı artıb: "Ötən ildən fərqli olaraq bu il 104 nəfər ilan sancması ilə bağlı müraciət edib. Ötən il isə bu göstərici 90 nəfər olub. Müraciət edənlər arasında ölüm halları yaşanmayıb"./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar