Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən imtahanlar keçirilir
21.11.2021 329 0.0 0

Dövlət qulluğunda inzibati rəhbər (A növü) vəzifələr üzrə müsabiqənin test imtahanı və aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyən namizədlər üçün imtahanın I mərhələsi keçirilir

 

Qazeta.info Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatına əsasən bildirir ki, DİM məltərəfindən bu gün Mərkəzin A.Salamzadə 28 ünvanında yerləşən binasında, kompüterlər vasitəsilə dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AB və AC qruplarına uyğun olan vəzifələr üzrə test imtahanı və aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyən namizədlər üçün test imtahanının I mərhələsi keçirilir. 

Aqrar sığorta fəaliyyəti ilə bağlı imtahan saat 10-da, digər imtahan isə saat 11-də başlayıb. Hər iki imtahanın müddəti 3 saatdır.

İmtahanları buradan canlı izləyə bilərsiniz (imtahan müddətində).

Qeyd edək ki, bu gün, həmçinin kağız daşıyıcılar vasitəsilə Peşəkar Mühasib Sertifikatı almaq istəyən namizədlər üçün imtahanın I mərhələsi də keçirilir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar