Bu gün 4 rayonda qaz olmayacaq
04.03.2016 755 0.0 0
Bu gün Bakı şəhəri Nərimanov, Sabunçu, Binəqədi və Xəzər rayonlarınin təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
 
“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə,, diametri 300 mm-lik siyirtmənin təmiri, qaz xəttinin yerinin dəyişdirilməsi, yeni çəkilmiş diametri 225 mm-lik orta təzyiqli qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi və istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə 4 mart 2016-cı il tarixdə saat 10:00-dan işlər yekunlaşanadək Nərimanov rayonu Ə.Əliyev, T.Əliyev, C.Hacıbəyli, Azadlıq və Atatürk prospektlərində, Sabunçu rayonunun Ramanı, Savalan yaşayış massivi, Südçülük sovxozu və Şuşa qaçqın şəhərciyi ərazilərində, Binəqədi rayonunun 7 və 8-ci mikrorayonlarında, həmçinin Xəzər rayonunun Şüvəlan qəsəbəsinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq./bizimyol.info/

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar