Bu gecə ilk Qədr gecəsidir
13.06.2017 958 0.0 0

Bu gün Azərbaycanda Ramazan ayının ilk Qədr gecəsi (əhya) qeyd olunacaq.
Qafqaz Müsəlmanları İdarəsindən verilən məlumata görə, ilk Qədr gecəsi Ramazan ayının 18-ci gününə, yəni iyunun 13-dən 14-nə keçən gecəyə təsadüf edir.
Ramazan ayının ikinci Qədr gecəsi iyunun 15-dən 16-na, üçüncüsü 17-dən 18-nə keçən gecən qeyd olunacaq.
Ramazan ayının sonuncu Qədr gecəsi Ramazan ayının 26-cı günü, yəni iyunun 21-dən 22-nə keçən gecəyə təsadüf edəcək.
Qeyd edək ki, Qədr gecəsi Allahın kitabı "Quran"ın nazil olduğu gecədir. "Qurani-Kərim" İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə və Qədr gecəsində bütövlükdə nazil olub. /Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar