Bu gecə bu yoldan keçməyin!
30.04.2015 687 0.0 0

Paytaxtın Heydər Əliyev prospektinin bir hissəsi bağlanacaq.

Məlumata görə, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi xəbərdarlıq edib.

“Azəryolservis” ASC-dən Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə verilən məlumata əsasən, aprelin 30-dan mayın 1-nə keçən gecə Heydər Əliyev prospekti köməkçi yolun Heydər Əliyev mərkəzinin qarşısından Böyükşor yol qovşağına (Koroğlu metrosu) qədər olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. 

Buna səbəb yolun həmin hissəsində təmir işlərinin aparılmasıdır. 

Sürücülərə alternativ olaraq Heydər Əliyev prospekti Əsas yoldan və Babək prospektindən istifadə etmələri tövsiyə olunur./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar