Bu da Xatirənin atası (VİDEO)
16.05.2015 853 0.0 0

Əməkdar artist Murad Dadaşovun müəllifi və aparıcısı olduğu “Maşın” realiti-şousunun növbəti buraxılışı yayımlanıb.

Məlumata görə, realiti-şounun ötən gecəki buraxılışında tamaşaçı qismində əyləşənlər sırasında sürpriz bir qonaq da olub. 

Teleaparıcı Murad Dadaşov müğənni Xatirə İslama yaxınlaşaraq bu gün narahat olmağına əsas görmədiyini bildirib. Buna səbəbolaraq isə qonaqlar arasında ona əziz birinin qonaqlar arasında əyləşməsini göstərib. Daha sonra müğənnidən onun kim olduğunu söyləməsini xahiş edib. Müğənni atası Novruz bəyin studiyada olduğunu deyib.

Novruz bəy qızına, eləcə də digər iştirakçılara uğurlar arzulayıb. 

Qeyd edək ki, şounun sözügedən buraxılışında iştirakçıların gizli səsverməsi nəticəsində Aşıq Əli yarışmanı tərk etməyə namizəd göstərmişdilər. Sonda o, 87.20% səs yığaraq yarışmada qalan Aşıq X.İslamın adını demək istəyərkən əməkdar artist Abbas Bağırov maşından əlini çəkib. O, Xatirənin getməsini istəmədiyi üçün bu addımı atıb.

Qeyd edək ki, veriliş hər axşam ANS TV-də saat 22:00-da yayımlanır./anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar