Bu adam minlərlə insanın yuxusuna girir-Fotolar
18.01.2015 1009 0.0 0

Dünyada minlərlə adam daha əvvəl heç tanımadığı, lakin davamlı yuxularına girən "bu adam" ı axtarır.


Bu adamı xatırlayırsanmı? Yuxunuzda heç gördünüzmü? Diqqətlə baxın ...
Bu sirrli üzün kim olduğunu tapmaq üçün qurulan bir internet saytı belə var. Səbəbi isə, Nyu Yorkda vəzifəsini yerinə yetirən bir psixiatr 2006-ci ildə qadın xəstələrindən birinin, yuxusunda dəfələrlə heç tanımadığı bir adamın üzünü gördüyünü söyləyir. Bu səbəbdən də həkim, xəstəsindən adamın üzünü çəkməsini istəyir.

Psixiatr şəkili alıb masasının üzərinə qoyur . Ertəsi gün müalicəyə gələn xəstələrindən biri o şəkili masanın üstündə görüb "mən bu adamı tanıyıram" deyincə vəziyyət dəyişməyə başlayır. Bu xəstə da, eynilə şəkili çəkən qadın kimi  yuxusunda tez-tez "bu adam" -ı gördüyünü amma onu tanımadığını söyləyir.

Bundan sonra həkim, həmkarlarınada bu  şəkili izah  edib və xəstələrinə göstərməsini istəyir. 4 adam daha heç tanımadığı "bu adam" ı ardıcıl olaraq yuxusunda gördüyünü söyləyir.
O gündən bu yana "bu adam" olaraq xatırlanan sifəti yuxusunda gördüyünü iddia edənlərin sayı 2 min nəfəri keçib. Və bu sayı dünyanın dörd bir yanındakı psixiatriya klinikalarında məlumat verilən hallardan biridir.
"Bu adam" haqqında bir çox nəzəriyyə var. Bunlardan biri Jungun, insanların şüuraltında meydana gətirdikləri ortaq bir arcetip imici olduğu. Bəzilərinə görə isə insanlar elə ya da belə bu şəkili internetdə bir yerlərdə görür, hekayəni oxuyur və şüuraltına işlənən görünüşü yatdıqdan sonra yuxusunda görür.

Bir digər nəzəriyyəyə görə isə "bu adam" gerçək və fövqəltəbii güclərə sahib, beləliklə insanların yuxularına girə bilir.
Bir başqa nəzəriyyədə isə "bu adam" ın böyük bir şirkət tərəfindən yaradılan mental bir şərtləndırmə planı olduğu qeyd olunur.

Xatırladaq ki, bu adamın şəkli olan elan lövhaciyi bir çox ölkələrdə küçə və meydanlara yapışdırılaraq tanıyanlardan məlumat verilməsi haqda məlumatlar da yerləşdirilib.

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar