Bu 4 amil Allahın rəhmətini cəlb edər
03.10.2019 658 0.0 0

Ayətullah Cavidanın tövsiyələrindən: "İmam Əlinin (ə) nəzərinə görə İlahi rəhməti cəlb edən ən üstün əməl - insanların hamısı ilə mehriban olmaqdır.

Əlbəttə də ki, mehribanlıqlar və insanlarla səmimi münasibət həm onların və həm də Allahın sevgisini cəlb edəcəkdir. Ancaq əlbəttə ki, mömin mütləq düzgün təqlidinə, dəstəmazına, qüslünə və qıldığı namazının düzgünlüyünə və əvvəl vaxtda olmasına diqqət etməlidir.

1. İmam Baqir (ə) tövsiyə edir ki, Allaha sidq ürəklə dua etmək və müraciət etmək - Allah bəndəsini İlahi rəhmət bulağından sirab edər.

Bildirək ki, xüsusilə də gecə dua və münacatlarının faydalı olduğunu bəyan etmişdir. Çünki gecə ibadətləri bəndəni İlahi qürbə çatdıran əməllərdən hesab olunur.

2. İlahi rəhməti cəlb etməyin ikinci amili - insanlarla mehriban olmaqdır. Əgər insanlar bir-biri ilə həmdərd olsalar, o zaman cəmiyyətin özü İlahi rəhmətdən bəhrələnmiş olacaqdır.

3. Həzrət Peyğəmbərin (s) tövsiyələrinə diqqət etmək. Həzrət Peyğəmbər (s) buyurur: "O insan ki, özünə rəhm edər, yəni günah etməz, özünü İlahi qəzəbə məruz qoymazsa, həmçinin başqaları ilə mehriban olarsa - İlahi rəhmətdə qərar tutar".

4. Allahı yada salmaq. İlahi rəhməti cəlb edən ən böyük amil odur ki, insan hər an Allahı xatırlasın. Çünki hədislərimiz buyurur ki, hər kim Allahı çoxlu yada salar, İlahi rəhmət ona şamil olar. Həmçinin əgər bəndə İlahi zikri davamlı olaraq edərsə, onun bütün gizli və aşkar işləri islah olar"./deyerler.org/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar