Britaniyalı azarkeşlər Rusiya bayrağını tapdalayıblar-VİDEO
15.06.2016 868 0.0 0

Avro-2016 çərçivəsində Rusiya-Slovakiya matçının bu gün keçiriləcəyi Fransanın Lil şəhərində azarkeşlər dava salmaq üçün təxribatlara əl atırlar.
Rusiya mətbuatına istinadən verilən məlumata görə, britaniyalı azarkeşlər rusiyalı futbol fanatlarını toqquşmalara təhrik etmək məqsədilə Rusiya bayrağını tapdalayıblar.
Videoda həmçinin britaniyalı fanatların yerli imkansız uşaqlara xırda pul atması, onları biri-biri ilə dalaşdırması əks olunub.  
Qeyd edək ki, ötən gün UEFA Fransada keçirilən “Avro 2016” futbol çempionatında Rusiya-İngiltərə oyunundan sonra rusiyalı azarkeşlərin qanuna zidd əməlləri ilə bağlı qərarını açıqlayıb.
Rusiya yığması 150 min avro cərimələnərək şərti olaraq turnirdən kənarlaşdırılıb.
Şərti cəza o anlama gəlir ki, əgər çempionat ərzində bir daha belə hal təkrarlanarsa, Rusiya yığması “Avro 2016”dan uzaqlaşdırılacaq.
Qeyd edək ki, İngiltərə ilə Rusiya arasında 1-1 nəticələnən matçdan sonra ingilis və rus azarkeşlər arasında kütləvi dava-dalaş baş verib. Bundan başqa, Marsel şəhərində baş verən toqquşmalarda ağır yaralananlar olub./apa/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar