Britaniya dağılmaq üzrədir
08.04.2015 705 0.0 0

Şotlandiya millətçiləri mayda parlament seçkilərinin ardınca, daha bir müstəqillik referendumu keçirə bilərlər.

Qazeta.info ANS PRESS-in məlumatına əsasən bildirir ki, Şotlandiya millətçilərinin lideri Nikola Sturgeon belə bir referendumun 2016-cı ildən sonra keçirilə biləcəyini deyib.

Şotlandlar ötən ilin sentyabrında Britaniyanın tərkibində qalmağa səs versələr də, o vaxtdan keçən müddətdə millətçilərin populyarlığı xeyli yüksəlib.

Şotland millətçilərinin keçmiş lideri Alex Salmond ötən referendum ərəfəsində demişdi ki, “bu, 307 ildə İngiltərədən qopmaq üçün tarixi imkan olacaq”.

Bununla belə, xanım Sturgeon partiyasının qarşıdan gələn may ayında keçiriləcək Britaniya parlament seçkilərində iştirak edəcəyini təsdiqləyib.

Rəy sorğuları və proqnozlara görə may seçkilərində mühafizəkarların və ya leyboristlərin qalib gələ biləcəyi bəlli olmayıb.
Bu şəraitdə Şotlandiyanın millətçi partiyası əsas Britaniya partiyalarından birini dəstəkləyə bilər. Bu təqdirdə xanım Sturgeon leyboristlərlə ittifaqın mümkünlüyünü dilə gətirib.

O, leyborist Ed Miliband-in baş nazir olmasınımı istəyir sualına, “mən Kameron-un baş nazir olmasını istəmirəm” cavabını verib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar