Braziliyalı futbolçu: `Azərbaycandakı havaya öyrəşmişəm`
04.02.2022 360 0.0 0

"Artıq buradakı havaya öyrəşmişəm".

Məlumata görə, bunu "Qəbələ" klubunun braziliyalı futbolçusu Rafael Utriq ölkəsinin "Terra" nəşrinə açıqlamasında deyib.

25 yaşlı hücumçu "Sumqayıt"ı səfərdə 1:0 hesabı ilə məğlub etdikləri Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunu haqqında danışıb. Forvard iki ilə yaxın Azərbaycanda olduğunu xatırladıb və bu səbəbdən həmin qarşılaşmadakı soyuq havanın ona təsir etmədiyini söyləyib: "Kubokun ilk matçında vacib nəticə qazandıq. Evdəki cavab görüşünə kiçik üstünlüklə çıxacağıq. Doğma meydanda öz oyunumuzu diktə etməliyik. Hələlik heç nə müəyyən edilməyib".

Qeyd edək ki, "Qəbələ" və "Sumqayıt" komandaları arasındakı cavab görüşü fevralın 13-də olacaq./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar