Braziliyada həbsxanada baş verən toqquşmada 25 nəfər ölüb
17.10.2016 527 0.0 0

Braziliyada həbsxanada baş verən toqquşma 25 nəfərin ölümü ilə nəticələnib.

 

"İnterfax" agentliyinə istinadən verilən məlumata görə, Braziliyanın şimalında yerləşən Rorayma ştatında həbsxanada iki qruplaşma arasında toqquşma olub.

 

Tərəflər bıçaq və ağac dəyənəklərdən istifadə ediblər.

 

Popayma ştatının ədliyyə nazirinin bildirdiyinə görə, insident qohumların dustaqlara baş çəkməsi zamanı baş verib. Həbsxananı ziyarət edənlərdən təxminən yüz nəfər bir müddət girovluqda qalıb.

 

Toqquşmanın qarşının alınması üçün həbsxanaya xüsusi təyinatlılar yeridilib, insidentin qarşısı alınıb. Həbsxanaya ziyarətə gələnlər arasında zərər çəkən olmayıb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar