Boşanmaq istəməyən kişi, özünü partlatdı
06.09.2016 573 0.0 0

Çinin Heylunszyan vilayətinin sakini arvadı ilə boşanma prosesindəki mübahisə səbəbindən yerli məhkəmə binasının qarşısında özünü partladıb.

 "The Beijing" qəzetinə istinadən verilən məlumata görə, hadisə ötən gün Szisi şəhərində qeydə alınıb. Kişi məhkəmədə boşanma prosesində həyat yoldaşı ilə mübahisə edib.

Bazar ertəsi səhər isə Didao rayon məhkəməsi binasının qarşısına gələrək, arvadı binadan çıxan zaman əlindəki kiçik partlayıcı qurğunu işə salıb. O, hadisə yerində ölüb, arvadı və yoldan keçən bir nəfər xəsarət alıb./trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar