«Boko Haram» 23 nəfərin baş kəsdi
29.03.2015 697 0.0 0
“Boko Haram” terror qruplaşmasının silahlıları Nigeriyada seçkilər zamanı 23 nəfəri edam edib.

 

Verilən xəbərə görə, bu barədə “Frans Press” məlumat yayıb.

 

 “Martın 28-i axşam saatlarında Buratay əyalətində silahlı şəxslər tərəfindən hücum törədilib.  Onlar 23 nəfərin başını kəsib və yerli sakinlərin evlərinə od vurublar”, deyə yerli administrasiya nümayəndəsi bildirib.

 

Silahlılar  hücumu ümumxalq seçkilərdən bir gün əvvəl törədib. Hücum zamanı 32 nəfər yaralanıb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar