BMT yer kürəsində insan sayı və yaş həddi haqda proqnoz verib-Dünya əhalisinin sayı
29.07.2015 648 0.0 0
XXI-ci əsrin sonunadək Yer kürəsinin əhalisi 11,2 milyarda çatacaq.

 

Məlumata görə, BMT-nin Demoqrafiya məruzəsində belə deyilir.

 

2030-cu ildə dünyada əhalinin sayı 8,5 milyard, 2050-ci ildə isə - 9,7 milyard təşkil edəcək. Hazırda Yer kürəsində 7,3 milyard insan yaşayır.

 

Hesablamalara əsasən, 2022-ci ilədək Hindistan əhalinin sayına görə Çini ötüb keçəcək, 2050-ci ildə isə Nigeriya ABŞ-ı qabaqlayaraq dünyada 3-ü yerə çıxacaq.

 

Məruzədə həmçinin qeyd edilir ki, 2050-ci ildə yaşı 60-dan çox olan insanların sayı ikiqat artacaq, Avropada isə ahıl yaşlı insanların sayı 34% təşkil edəcək. /apa/

 

Qazeta.info əlavə olaraq bildirir ki, coğrafi mənbələrdə  yer planetinin 15 milyard insan saxlamaq imkanına malik olması qeyd edilib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar