BMT baş katibi dünyadakı gərginliklə bağlı dövlət başçılarına müraciət edib
07.01.2020 205 0.0 0

BMT baş katibi Antoniu Quterreş dünyada artan gərginlik fonunda ölkə rəhbərlərini təmkinli olmağa və dialoqu yeniləməyə çağırıb.

Bu barədə RİA “Novosti”yə istinadən xəbər verilir.

Baş katibin sözlərinə görə, bu gün hətta nüvə silahının yayılmaması daha lazım olduğu qədər qəbul edilə bilmir. Antoniu Quterreş bildirib ki, "daha çox ölkələrin gözlənilməz nəticələr və ciddi riskli qərarlar qəbul etməsi gərginliyin artmasına aparır".

Quterreş qlobal gərginliyin artmasını böyük narahatlıqla izləyir. "Mən bütün dünyanın rəhbər şəxsləri ilə daimi əlaqədəyəm. Mesajım sadə və aydındır - eskalasiyanı dayandırın, maksimal təmkinlilik göstərin, dialoqu yenidən işə salın”, - baş katib jurnalistlərə deyib.

O, həmçinin ölkələri beynəlxalq əməkdaşlığın yenilənməsinə dəvət edib. BMT baş katibi müharibədən qaçmağa çağırıb./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar