Bizi nə qocaldır? - Bunlardan uzaq olun
21.11.2015 894 0.0 0

Mütəxəssislər əsəsbləşməyin insan orqanizminə zərərli olduğunu əbəs yerə demirlər. Çünki stress, hirs və əsəb üz daxil olmaqla bütün bədən əzələlərinizdə qıcanmaya səbəb olur. Bunun nəticəsidir ki, əsəbləşmək tez yaşlanmağınıza yol açır. Əsəbləşməyin və stresin zərərləri haqqında danışacaq.
 
Qıcanma çoxaldıqca və təkrarlandıqca dəridə cizgilər yaranmağa başlayır. Zaman keçdikcə isə həyəcan və qəzəbdən qaş çatmalar qırışların yaranmasına gətirib çıxarır. Xroniki gərginlik və stress zamanı dəri oksigen və qidalanma çatışmazlığı yaşayır, bu isə hüceyrələrə ziyan vurur, yaşlanma əlamətlərinə "dəvət yollayır". Ona görə də gülümsəyin ki, qırışlar getsin, lazım gələrsə, stresdən can qurtarmaq üçün daha çox gülün, sizi rahat edən idman, məşqlər və yoqa dərslərinə gedin. Lüzum görsəniz, terapevtə müraciət edin. Çalışın ki, stresin öhdəsindən gələsiniz. Ona qarşı güclü silahınız isə ilk növbədə gülüş və qəhqəhənizdir. Bu ikisini həyatınızdan əskik etməyin. Stresin sizi əsir götürməsinə icazə verməyin, həyatda hər zaman dərd də olacaq, problem də. Ona görə də hisslərinizi idarə etməyi öyrənin.
 
Tez-tez arıqlayıb kökəlməyin
 
Dəri kökəldikdə daralır, arıqladıqda boşalır. Bir müddətdən sonra isə elastikliyini itirməyə başlayır. Tez-tez arıqlayıb kökəlmək dərinin keyfiyyətini itirir, elastikliyini itirən dəri isə çökür və sürətli qocalma başlayır. Sabit çəkidə qalmaq vacibdir. Buna görə də sürətli arıqlamaqdan çəkinin, sağlam pəhrizlə çəkinizi azaldın. Stabil çəkiyə malik olanların dəri quruluşunun, tez-tez arıqlayıb kökələnlərdən daha elastik və gənc olduğu sübut edilib.
 
Pəhrizlərə diqqət edin
 
Tək istiqamətli qidalanma və ağır pəhrizlər dərinin vitaminsiz qalmasına səbəb olur. Dərinizin sağlam görünməsi üçün A, C, E vitamləri başda olmaqla bir çox vitaminlərə ehtiyac var. Mümkün olduğu qədər bol təzə meyvə, tərəvəz, paxlalı bitkilər, balıq yeyin, salatlarınızda zeytun yağından istifadə edin./lent.az/
 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar