Bitkoin 12 000 dollar səviyyəsini ötüb
06.12.2017 730 0.0 0

Bitkoin virtual kriptovalyutanın qiyməti 12 273 dollara yüksələrək tarixi rekordunu yeniləyib.

Məlumata görə, bununla da bitkoin ilin əvvəlindən 12 dəfədən çox bahalaşıb.

Son bahalaşmaya səbəb kimi bitkoinin dekabrın 18-dən təşkilatlanmış kapital bazarlarında tədavülə başlaması amili göstərilir. Belə ki, bitkoinlə ABŞ-ın CME və CBOE birjalarında fyuçers əməliyyatlarına start veriləcək. Bu da bitkoinin qiymətində volatilliyi aradan qaldıracaq. 

"Report"un analitik qrupu bitkoinin dekabrın 18-dək öz potensial qiymətini tapacağını bildirir./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar