Bir qrup məhbus azadlığa buraxılıb
18.03.2016 479 0.0 0

Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı da əfv sərəncamına əsasən, artıq bir qrup məhbus cəzaçəkmə müəssisələrindən ayrılıb.
 
Məlumata görə, tanınmış məhbuslardan Tofiq Yaqublu, Yadigar Sadıqov, Rəsul Cəfərov, Rəşadət Axundov, Sirac Kərimli və digərləri artıq azadlığa çıxıblar.
 
Qeyd edək ki, dövlət başçısının martın 17-də imzaladığı sərəncam ümumilikdə 148 məhkuma şamil olunub. Onlardan 137 nəfər azadlığa buraxılıb, 6 nəfər islah işləri cəzasının çəkilməmiş hissəsindən, 5 nəfər cərimə cəzasından azad edilib. Əfv olunan arasında əcnəbilər də var. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar