Tarix: 04.12.2016,   Saat: 05:56, Bazar.          

Bir neçə avtobusun marşrutu dəyişib

"Müntəzəm olaraq 21 nömrəli avtobus xətti ilə bağlı metronun Əhmədli stansiyası, Məhəmməd Hadi küçəsi, Ukrayna dairəsi, Gəncə prospekti, Zığ yolu, Nobel prospekti, Həzi Aslanov qəsəbəsi, metronun Xətai stansiyası, Səməd Vurğun bağı ətrafındakı ərazilərdə yaşayan sərnişinlər tərəfindən Bakı Nəqliyyat Agentliyinə şikayətlər daxil olurdu. Şikayətlər nәqliyyat vasitәlәrinin istismarı zamanı onların texniki vәziyyәtinә dair müәyyәn edilmiş tәlәblәrә riayәt edilməməsi, nәqliyyat vasitәlәrinin texniki cәhәtdәn saz vәziyyәtdә saxlanılması üçün onlara vaxtlı-vaxtında texniki xidmәt göstәrilmәməsi, texniki cәhәtdәn nasaz olan nәqliyyat vasitәlәrinin yol hәrәkәtinә buraxılması, avtobusun öz istismar müddətini tamamilə başa vurması, texniki cəhətdən yararsızlığı, avtobusun salonun natəmizliyi, oturacaqların yararlı vəziyyətdə olmaması, mühəndis konstruksiya hissələrinin tam olmaması ilə bağlı idi. Bakı Nəqliyyat Agentliyi tərəfindən dəfələrlə monitorinqlər keçirərək şikayətlərin əsaslı olduğu faktı öz əksini tapıb".
 
Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.
 
Bütün bunları nəzərə alan BNA 21 nömrəli avtobus xəttinin istifadə hüququnu 3 saylı "Bakı Avtonəqliyyat Müəsissəsi"ndən alaraq, "Baku Bus" MMC-nin istifadəsinə verib.
 
"Bununla da, həmin xətt üzrə ən yeni və müasir tələblərə cavab verən "İveco" markalı, yüksək standartlara uyğun avtobuslarla bu gündən etibarən 21 nömrəli marşrutun hərəkəti dəyişdirilərək "28 may" metro stansiyası - Puşkin küçəsi - Neftçilər prospekti - Nobel prospekti - "Əhmədli" metro stansiyası olmaqla müəyyən edilib. Avtobusların hərəkət cədvəli səhər saat 6:00-dan gecə saat 12:00-a qədərdir. 21 nömrəli “Baku Bus” avtobuslarında gediş haqqının ödənilməsi nağd pulla deyil, yalnız "BakıKart" vahid ödəniş kartları ilə həyata keçirilir.
 
BNA mütəmadi olaraq şəhər nəqliyyat sisteminin mövcud durumu barədə monitorinqlər həyata keçirir, təkrarlanan xətlərlə əlaqədar tədbirlər görür, istismara yararlı olmayan nəqliyyat vasitələrinin aşkar olunub müvafiq tədbirlərin keçirilməsini təmin edir, daimi olaraq bütün xətt üzrə daşıyıcılar qarşısında tələblər qoyur və onların icrasına nəzarət edir. Bununla əlaqədar 14 saylı marşrut xətti ilə 21 saylı marşrut xəttinin trayektoriyası bəzi dayanacaqlarda təkrarlandığı üçün 14 saylı marşrut xəttinin son dayanacağı dəyişdirilərək metronun "28 May" stansiyası müəyyənləşdirilib. 14 saylı marşrut xətti artıq bu gündən etibarən metronun "Xətai" stansiyasındakı dayanacağa daxil olmayacaq", - deyə məlumatda bildirilir./apa/



  Bölmə: Ölkə | Baxış sayı: 424 | Tarix: 18.11.2016, 18:55


Xəbərlər