Binəqədidə ər arvadını boyun nahiyəsindən bıçaqlayıb
21.12.2017 1082 5.0 0

Bakının Binəqədi rayonunda ər və arvad arasında düşən mübahisə, sonda bıçaqlanma ilə nəticələnib.

Məlumata görə, hadisə Rəsulzadə qəsəbəsində qeydə alınıb.

Həyat yoldaşı 1983-cü il təvəllüdlü Yardımlı rayon sakini Məmədova Xəyalə Yaqub qızının boyun nahiyəsinə iki bıçaq zərbəsi vurub.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinə məlumat verilib. Fakt araşdırılır./Report/


Digər xəbərlər:
Şərhlər
avatar