Binəli Yıldırım Türkiyə və Rusiya arasındakı problemlərin aradan qaldırılmasındakı xidmətlərinə görə Azərbaycana təşəkkür edib
28.06.2016 569 0.0 0

 "Azərbaycan və Qazaxıstan kimi qardaşlarımızın göstərdikləri səylərə görə onlara təşəkkürümüzü bildirirəm".

 Türkiyə KİV-inə istinadən xəbər verilir ki, bunu ölkənin baş naziri Binəli Yıldırım hakim Ədalət və İnkişaf Partiyasının parlament fraksiyasının toplantısında Rusiya ilə münasibətlərin bərpasından danışarkən deyib.

Baş nazir qeyd edib ki, Rusiya ilə münasibətlərin düzəlməsi üçün faydalı addımlar atılır: "Türkiyə ilə Rusiya arasında buzlar əriməyə başlayıb. İşlərin bu yerə gəlməsində böyük əmək sərf olunub, səylər göstərilib. Xüsusi ilə Azərbaycan və Qazaxıstan kimi qardaş ölkələrin göstərdikləri gərgin səylərə görə, təşəkkürümüzü bildiririk. Dostlarmızı artıracaq, düşmənlərimiz azaldacağıq". /report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar