Bill Geyts təsadüfi seçilmiş bir nəfərə 37 kiloqramlıq Santa hədiyyəsi göndərdi - FOTO
27.12.2019 573 0.0 0

“Microsoft” şirkətinin təsisçisi Bill Geyts ənənəvi “Gizli Santa” fleşmobunda iştirak edib. O, tanımadığı bir nəfərə 37 kiloqramlıq hədiyyə göndərib. Geytsin hədiyyələrinə sahiblənən bəxtəvər Miçiqan ştatının sakini 33 yaşlı Şelbi olub.

Geytsin komandası Şelbiyə hədiyyə seçməmişdən öncə onun sosial şəbəkələrdəki profillərini incələyiblər. Nəticədə Şelbi “Harri Potter” mövzulu LEGO konstruktoru, “Ulduz döyüşləri”ndən R2D2 robotu, “Dahi Getsbi” kitabının əlyazmasının nüsxəsini, sevimli şirniyyatlarını hədiyyə kimi qəbul edib.

Daha bir hədiyyə isə Şelbinin 2019-cu ildə dünyasını dəyişmiş anasının xatirəsini əbədiləşdirmək üçün Geytsin “Amerika Ürək Assosiasiyası”na xeyriyyə yardımı etməsi olub.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar