BBC: Tereza Mey parlamentin razılığı olmadan Suriyaya qarşı əməliyyata qatılmağa hazırdır
11.04.2018 5067 0.0 0

Böyük Britaniyanın baş naziri Teresa Mey parlamentin razılığı olmadan Suriya hökumət qüvvələrinə qarşı hərbi əməliyyatlara qatılmağa hazır olduğunu ifadə edib.

 

Məlumata görə, bu barədə BBC öz mənbələrinə istinadən xəbər verib.

 

Qeyd olunur ki, bu barədə qərarı T.Mey Suriyanın Duma şəhərində kimyəvi hücumun təkrarlanmasının qarşısını almaq məqsədilə verib.

 

Xatırladaq ki, bu gün ABŞ  prezidenti  Donald Tramp Suriyaya raket zərbələri endirəcəklərini bildirib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar