Başqasının yerinə imtahanına girmək istəyənlərin qarşısı alınıb
14.03.2016 515 0.0 0

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) martın 13–də ölkənin bütün peşə liseylərinin sonuncu sinfində təhsil alan şagirdlər üçün buraxılış imtahanı keçirib.
 
TQDK-dan verilən məlumata görə, imtahan 24 şəhər və rayonda - Bakı, Gəncə, Şəmkir, Gədəbəy, Qazax, Tovuz, Sumqayıt, Abşeron, Şamaxı, Qax, Bərdə, Göyçay, Kürdəmir, Zərdab, Şirvan, Sabirabad, Biləsuvar, Salyan, Saatlı, Lənkəran, Cəlilabad, Quba, Qusar və Xaçmazda təşkil olunub.
 
İmtahanlar bütün mərkəzlərdə eyni vaxtda-saat 12.00-da başlayıb və 2 saat 45 dəqiqə davam edib. İmtahanların idarə olunması üçün TQDK-da operativ qərargah fəaliyyət göstərib, gün ərzində imtahan mərkəzləri ilə müntəzəm əlaqə saxlanıb və imtahan prosesinin gedişinə nəzarət olunub.
 
Qərargaha daxil olan məlumata görə 3 nəfər şagird imtahan binasına mobil telefonla daxil olmağa, 3 nəfər isə buraxılış zamanı başqasının yerinə imtahana girməyə cəhd etdiyi üçün imtahandan kənarlaşdırılıb və bu hallarla bağlı yerində akt tərtib olunub.
 
Martın 14-dən etibarən imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq və nəticələr yaxın günlərdə elan ediləcək.
 
Şagirdlər imtahan nəticələri haqqında məlumatı TQDK-nın internet saytından və ya iş nömrələrini bütün mobil operatorlardan 7727 nömrəsinə göndərməklə öyrənə biləcəklər./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar