Baş prokurorunun vətəndaşlarla görüş vaxtı dəyişdi
14.09.2016 614 0.0 0

Azərbaycan Respublikası Baş prokurorunun vətəndaşlarla görüşünün vaxtı dəyişdirilmişdir.
Qazeta.info Baş Prokurorluğun mətbuat xidmətinə istinadla bildirir ki, Baş prokuror Zakir Qaralovun sentyabrın 23-də Beyləqan, İmişli, Ağcabədi, Tərtər, Ağdam, Füzuli və Laşın rayonlarında yaşayan vətəndaşlarla nəzərdə tutulan qəbulunun vaxtı dəyişdirilmişdir. Qəbulun keçiriləcəyi tarixlə bağlı əlavə məlumat veriləcəkdir.

Həmin tarixdə Baş prokuror saat 10:00-da Şirvan şəhər prokurorluğunun inzibati binasında Şirvan, Hacıqabul, Saatlı, Sabirabad və Salyan rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcəkdir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar