Bankda bomba həyacanı - Polis hərəkətə keçdi FOTO
28.12.2015 525 0.0 0

 “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Bakıdakı mərkəzi ofisinə bankın Quba filialına bomba qoyulması ilə bağlı məlumat daxil olub.

Qazeta.info “Report”un məlumatına əsasən bildirir ki, Quba Rayon Polis İdarəsinin əməkdaşları bankın ofisini nəzarətə götürüb, işçilər binadan kənarlaşdırılıb, hazırda əməliyyat tədbirləri davam etdirilir.

Quba Rayon İcra Hakimiyyətindən “Report”a bildirilib ki, Beynəlxalq Bankın filialı nəzarət altındadır.

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar