Balıq əvəzinə mərmi `tutdu` – VİDEO
15.09.2017 930 0.0 0

Qazaxda 25 yaşlı gənc balıq ovladığı vaxt tapdığı mərmi ilə ehtiyatsız davranarkən sursat əlində partlayıb. Nəticədə Kəmərli kənd sakini Ramil Babayev sağ əlini itirib, eyni zamanda bədəninin müxtəlif nahiyyələrindən ağır qəlpə yaraları alıb.

Oxu.Az-ın Xəzər TV-yə istinadən məlumatına görə, Ramil Babayev ağır xəsarətlərlə dərhal Qazax Müalicə Diaqnostika mərkəzinə yerləşdirilib. Yaralı əməliyyat olunub, mərminin partladığı sağ əli amputasiya olunub. Vəziyyəti orta-ağırdır.

Xəstənin yaxınlarının dediyinə görə Ramil Babayev mütəmadi göldə balıq tutmağa gedir. Tapdığı əşyanın mərmi olduğundan xəbərsiz olub və evə gətirib. Bədbəxt hadisə də elə yaşadığı mənzildə baş verib.

Kəmərli kəndi Qazaxın Ermənistanla təmas xəttinə yaxın kəndlərindən biridir. Mərminin də elə Erməni Silahlı Qüvvələri tərəfindən atılması ehtimal edilir. Faktla bağlı araşdırma aparılır.

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar