Bakıya qonaq gələn 25 yaşlı Rusiya vətəndaşı itkin düşdü
06.07.2019 572 0.0 0

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bakıda Rusiya vətəndaşı itkin düşüb.

Qazeta.info Trend-in məlumatına əsasən bildirir ki, bu barədə polisə Xətai rayonu, UPD qəsəbəsi, A.Novruzov küçəsi, ev 15-də yaşayan Hikmət Əsədzadə məlumat verib.

O bildirib ki, onlara qonaq gəlmiş xalası oğlu, Rusiya vətəndaşı, 1994-cü il təvəllüdlü Hüseynov Məhəmməd Əlövsət oğlu iyulun 3-də onunla birlikdə yaşadığı ünvandan çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar