Bakıya gəlmiş Dubay şeyxinin qardaşı dəfn edildi (FOTO)
20.09.2015 1178 0.0 0

 

Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) baş naziri, Dubayın əmiri şeyx Məhəmməd bin Rəşid Al Məktuma oğlunun ölümü ilə bağlı başsağılığı verib.

“Oğlunuz şeyx Rəşid bin Məhəmməd Al Məktumun vaxtsız vəfatı xəbəri məni son dərəcə kədərləndirdi. Bu ağır itki ilə əlaqədar dərdinizi bölüşür, Sizə, ailənizin bütün üzvlərinə səbir diləyir, dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin!”- deyə prezidentin yazdığı məktubda bildirilir.

Məhəmməd bin Rəşid Al Məktuma

 

34 yaşlı şeyx Rəşid bin Məhəmməd Al Məktum ürək tutmasından vəfat edib. Şeyxin ölümü ilə bağlı ölkədə üçgünlük matəm elan edilib. Ölkənin dövlət idarələrində bayraqlar endiriləcək. Bu haqda bu gün ölkənin rəsmi KİV-i bildirib. İlkin informasiyaya görə, Dubay əmiri şeyx Məhəmməd bin Rəşid Al Məktumun böyük oğlu şeyx Rəşid bu gün səhər ürək tutmasından ölüb.

 

Rəşid bin Məhəmməd Al Məktum

 

Dubayın şeyxi Məhəmməd bin Rəşid əl-Məktumun 19 övladından ən boyüyü Şeyx Rəşid bin Məhəmməd Al Məktumun atlara böyük marağı olub. O, elit çaparlardan ibarət bir neçə at tövlələrinə sahib olub. Bir müddət qabağ Şeyx Rəşid bin Məhəmməd Al Məktumun qardaşı Dubay şahzadəsi Həmdan bin Məhəmməd bin Rəşid Azərbaycana səfər etmişdi.

Bakıya səfəri zamanı paytaxtımızın görməli yerlərinə gəzən Dubay şahzadəsi Qız Qalasında, İçəri şəhər və Dağüstü parkda olub. 4 gün Azərbaycanda səfərdə olan Dubay Əmirinin gənc varisi ölkəmizə qohum və dostları ilə gəlib. Həmdan bin Məhəmməd bin Rəşid Mil-Muğan bölgəsinə səfər edib və orada ov edib. Fotolardan göründüyü kimi şəhzadəyə VİP turizm xidməti göstərilib.Şahzadə və onun təbəələrini hətta helikopter müşayiət edib. 

 


Həmdan bin Məhəmməd bin Rəşid

 

 

 

 

Rəşid bin Məhəmməd Al Məktumun fotoları:

 

 

 

 


Rəşid bin Məhəmməd Al Məktumun dəfn fotoları: /anspress/

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar