Bakının yeni təmir olunan əsas yollarından biri yenidən çökdü-VİDEO, FOTO
10.11.2015 772 0.0 0


Bakı şəhəri Binəqdi  rayonu, Binəqədi şossesi adlanan ərazidə (Bakı Polad Tökmə ASC-nin yaxınlığı) avtomombil yolu yararsız vəziyyətə düşüb. Bunu bu gün Qazeta.info saytına daxil olan məlumatdan sonra  deyilən ünvana baş çəkəkən saytın əməkdaşları da müşahidə ediblər.

 Doğrudan da yolun hər iki istiqamətində demək olar ki, ciddi çöküntü baş verib. Xatırladaq ki, bu problem artıq neçə vaxtdır ki, mövcuddur.Belə ki, bir neçə il öncə paytaxt yollarında kanalizasiya sistemlərinin yeniləşməsi ilə əlaqədar aparılan təmir -tikinti zamanı qeyd edilən ərazidə də qazıntı aparılaraq yeni kanalizasiya sistemi quraşdırılmış və  həmin ərazinin böyük bir hissəsi yeni asfalt örtüyü ilə üzlənmişdi. Lakin aparılan işlərdən sonra bu ilin sentyabr ayında qeyd edilən ərazidə yağan yağış buradakı qüsurlu işin aparılmasını biruzə vermişdi.

Asfalta çoxlu su kütləsinin yığılması ərazidə hərəkət edən avtomobillərin hərəkətinə ciddi problem yaratmışdı.Vəziyyətin bu hal almasından sonra aidiyyatı təşkilatlar yenidən  Binəqədi şosesinin Bakı Polad Tökmə ASC-nin yaxınlığında yenidən qazıtı apararaq həimn yeri 2 ci dəfə təmir edərək yenilənmiş  və asfaltlama işləri aparmışdı.

 

 

Bu ilin sentyabr ayında lentə alınan fotolar

 

Xatırladaq ki, cari ilin oktyabr ayının əvvələrindən bu yol istifadəyə verilib. Amma təmirdən 1ay keçməsinə baxmayaraq yol yenidən bərbad vəziyyətə düşüb. Nəqliyyatın sıx olduğu vaxtda tıxaca səbəb olan bu hal sürətlə hərəkət edən avtomobillərə qəza şəraiti  yaratma ehtimalını da qaçılmaz edir. 

Elə çəkiliş apardığımız vaxt yolla keçən maşınlardan biri yaranmış çuxura düşdü.Yeni təmir olunmuş yolun hansı səbəbdən yenidən çökməsi isə naməlumdur.

 

 

 

 

 

Bu gün (10.11.2015 ci il tarixdə) lentə alınan görüntülər

 

 

P.S.  Qazeta.info bildirir ki,qarşı tərəfin fikirlərini dinləməyə hazırıq.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar