Bakının mərkəzində təhlükəli hörümçəklər – FOTO
21.06.2016 1128 0.0 0


Onların boyu 5-7 sm-ə çatır.

Bakının mərkəzi küçələrində təhlükəli hörümçəkkimilər görünüb.

Qazeta.info Oxu.Az-a istinadla xəbər verir ki, bu barədə məlumat sosial istifadəçilər tərəfindən geniş müzakirə edilir. 

Məlumatda deyilir ki, hörümçək-falanqalar Bakıda 17-19 iyun tarixlərində keçirilən “Formula-1” yarışlarından sonra öz yuvalarından çıxıblar. 

Onların yuvalarından çıxmağa vadar edən səbəb kimi isə bolidlərin səsi göstərilir.

Bəzi internet istifadəçiləri şəhərdə gəzən falanqaların şəkillərini paylaşıb. 

Bakıda yerləşən Təcili Tibbi Yardım stansiyasından bildiriblər ki, hörümçək dişləməsindən şikayət edən olmayıb. 

Qeyd edək ki, falanqalar yetərincə iri hörümçəkkimilərdir. Orta Asiya falanqalarının uzunluğu 5-7 sm-dir. 

Onların bədəni uzun tükcüklərlə örtülüb. Falanqaların dişləməsi ağrılı olur. Əksər hallarda heç bir ağır nəticə vermir, amma bəzən ağır şişmələrlə müşayiət edilə bilər.   

Məsələ ondadır ki, bu hörümçəkkimilərin zəhərli vəzləri yoxdur, ağız uclarında əvvəlki qurbanının qalıqları olur. Bu qalıqlar isə dişləmə zamanı yaraya düşərək zəhərlənməyə səbəb ola bilər.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar