Bakının mərkəzində mağazada baş verən yanğın söndürülüb
22.08.2017 649 0.0 0

Bakının mərkəzində mağazada baş verən yanğın söndürülüb. 
 
Məlumata görə, bunu Dövlət Yanğından mühafizə Xidmətinin əməliyyatçısı, polkovnik-leytenant Ramazan Ramaznov deyib. Onun sözlərinə görə, yanğın 30-35 kv/m ərazini əhatə edib. Mağazada əsasən divar kağızları yanıb. Yanğın nəticəsində geyim əşyalarına ziyan dəyməyib və xəsarət alan yoxdur. 
 
İlkin ehtimala görə, yanğına qısaqapanma səbəb olub. 

***

14:16

 

Bakının mərkəzində mağaza yanır.

 

Məlumatına görə, hadisə Neftçilər prospektində, Kukla Teatrının yaxınlığında qeydə alınıb. Geyim əşyaları satılan mağazada baş verən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib.

 

Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir./APA/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar