Bakının erməni «qəhrəmanı» (FOTO)
13.07.2015 1062 0.0 0

 

Rusiyalı rejissor Ella Tuxareli Bakıda erməni kəşfiyyatçı Gevork Vartanyan haqqında film çəkir. Film Rusiyanın “Rossiya 1” telekanalının sifarişi əsasında çəkilir. Bu barədə həm filmin yaradıcılarının, həm də Bakı sakinlərinin ortaya qoyduğu təkzibolunmaz dəlillər var. 

Amma  araşdırmaya görə, Azərbaycan paytaxtında çəkiliş qrupunu Bakıdan çıxarmağa səlahiyyəti çatan hər hansı bir orqan tapılmır. Həm Bakı şəhər İcra Hakimiyyətinin, həm də Mədəniyyət və Turizm Nazirliyi rejissora filmi çəkmək üçün icazə vermədiyini bildirir. Amma hər iki qurum çəkiliş qrupunun fəaliyyətini dayandırmağa səlahiyyətinin çatmadığını bildirir. 

Ella Tuxarelinin Bakıda “Rossiya 1” telekanalı üçün “Lend-liz” filmi çəkməsi barədə ilk xəbəri “Haqqin.az” saytı məlumat yaymışdı. Ümumrusiya Dövlət Televiziya və Radio Şirkətinin (VQTRK) icraçı prodüseri Mixail Şestakov sayta bildirib ki, film 1943-cü ildə İranda sovet kəşfiyyatının alman casuslara qarşı mübarizəsindən bəhs edir. Bakının Sovetsk məhəlləsi 1943-cü illərin İranını xatırlatdığına görə, çəkiliş yeri kimi məhz Azərbaycan paytaxtı seçilib.

 

 

 

Ella Tuxareli - rusiyalı rejissor 

 


Sirr deyil ki, 1943-cü ildə Tehranda alman casularına qarşı mübarizə aparan sovet kəşfiyatçılarına erməni polkovnik Gevork Vartanyan rəhbərlik edib. Bu baxımdan filmin baş qəhrəmanının prototipi məhz Gevork Vartanyandan başqası ola bilməz. 1924-cü ildə Rostovda iranlı erməni tacirin ailəsində doğulmuş Gevork 6 yaşında olanda ailəsi İrana qayıdıb və altı il Təbrizdə yaşayıblar. Daha sonra Tehrana köçərək qənnadı fabriki açıblar. 1940-cı ildə İvan Ağayans adlı erməni tərəfindən sovet kəşfiyyatı ilə əməkdaşlığa cəlb olunan Gevork Vartanyan sovet kəşfiyyatının əsas adamına çevrilib. Filmdə yəqin ki, 1943-cü ildə Tehranda Stalin, Çerçil və Ruzvelt arasında keçirilmiş görüş zamanı bu iki erməninin fəaliyyətindən bəhs ediləcək. Mixail Şestakov da filmin baş qəhrəmanını adının İvan olduğunu bildirib (prototipi yəqin ki, İvan Ağayansdır). 

Araşdırmaya görə, Mədəniyyət və Turizm Nazirliyi, Bakı şəhri İH Bakıda belə bir filmin çəkilişinə icazə verilmədiyini bildirsələr də, rejissor Ella Tuxareli mütəmadi olaraq sosial şəbəkədə Bakıda film çəkilişi ilə bağlı məlumatlar verir. Məsələn, Ella Tuxareli iyulun 8-də Bakı hava limanında olduğu barədə öz “Facebook” səhifəsində məlumat verib. İyulun 9-da saat 01:34-də isə o, Mixail Şestakov Bakıda Qız qalasında olduqlarını qeyd edib: “Qrupla bağlı ssenari oxuyuruq”. Daha sonra sosial şəbəkədə çəkiliş qrupunun Sovetski məhəlləsinin uçuq evlərinin arasında fəaliyyəti barədə fotolar yayılıb. 

 

 

 

Ella Tuxareli Bakı hava limanında olduğunu qeyd edir

 

 

 

 

 

Ella Tuxarelinin Qız qalası qeydi
 

 


Amma bu qədər faktlar olmasına baxmayaraq, nə Mədəniyyət və Turizm Nazirliyi, nə də Bakı şəhər İcra Hakimiyyəti şəhərdə belə bir film çəkildiyindən xəbərdar olduqlarını bildirilər. Hətta belə bir çəkiliş varsa, onun qanunsuz olduğunu söyləyirlər. 

Amma qurumlardan heç biri hazırda 4 gündür ki, davam edən çəkilişləri necə dayandırmaq barədə heç bir fikir irəli sürə bilmirlə. Yəni belə getsə, bir gün ayılacağıq ki, “Rossiya 1” telekanalı Bakıda hansısa erməni kəşfiyyatçı - ya İvan Ağayans, ya da Gevork Vartanyan haqqında film çəkdiyini bəyan edəcək. Nəticədə, ərazisinin 20 faizi Ermənistan tərfindən işğal edilmiş, 1 milyon vətəndaşı ev-eşiyindən zorla çıxarılmış Azərbaycanın milli qürur hissi bir daha təhqir olunacaq. O zaman isə çox gec olacaq. 

 

 

Sovetski məhəlləsində film çəkilişləri zamanı/anspress/

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar