Bakının bu yolları «Bakı-2015»ə görə bağlanır
03.06.2015 736 0.0 0

Paytaxtda daha bir neçə yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılır.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən  verilən məlumata görə, Heydər Əliyev prospektinin Babək qovşağından Sabunçu qovşağınadək olan hissəsi 6 iyun tarixində axşam saat 16:00-dan növbəti gün gecə saat 2:00-dək ümumi nəqliyyatın hərəkətinə bağlı olacaq.

Eyni zamanda, Mehdi Hüseyn küçəsinin Parlament prospekti dairəsindən Teymur Elçin küçəsi ilə kəsişməsinədək olan hissəsi 6 iyun tarixində axşam saat 16:00-dan növbəti gün gecə saat 02:00-dək ümumi nəqliyyatın hərəkətinə bağlı olacaq.

Bu, 12 iyunda başlanacaq Bakı-2015 Avropa Oyunlarından öncə həmin gün Olimpiya Stadionunda keçiriləcək sınaq tədbiri ilə əlaqədardır./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar