Bakılı prodüser məşhur NTV telekanalına rəhbər seçildi
30.11.2015 807 0.0 0

Rusiyanın nüfüzlu NTV telekanalının baş prodüseri "Vayt Media" prodakşn-şirkətinin banisi Timur Vaynşteyn olacaq. 

Məlumata görə, həmyerlimiz yeni vəzifəsinə sabahdan başlayır.

Vaynşteyn 2014-cü ildən telekanalda bu vəzifədə işləmiş Danil Şarapovu əvəz edəcək. Bu barədə xəbəri Timur və NTV telekanalının nümayəndəsi təsdiq edib.

“TNS Russia”nın məlumatına görə, NTV telekanalının 18+ məqsədli auditoriyada payı son beş il boyunca enib. 2014-cü ildə NTV kanalına 11,8% tamaşaçı baxıb, 2013-cü ildə bu 13,3% təşkil edib, 2012-ci ildə - 14,7%, 2011-ci ildə - 15%, 2010-cu ildə -15,9%. Vaynşteynin gəlişiylə kanalın konsepsiyasının necə dəyişəcəyi barədə tərəflər danışmağa başlamayıb. Kanal rəhbərliyi yalnız belə peşəkarın gəlişinə çox şad olduğunu qeyd edib.

 

Timur Vaynşteyn - Rusiyanın tanınmış tele və kinoprodüseri

 

NTV telekanalı "Qazprom-media"ya daxildir. Holdinqə həmçinin "Pyatniça",TV-3,TNT, 2х2, “Matç TV” kanalları aiddir. “Comedy Club Production” şirkəti, GoodStory Media və bir sıra başqa radiostansiyalar "Qazprom-media"ya daxildir.

 

1971- ci il martın 1-də Bakıda anadan olan Timur Vaynşteyn 1991-ci ildə “Parni iz Baku” Şən və Hazırcavablar klubunun bədii rəhbəri olub. Rusiya televiziya akademiyasının üzvüdür. O, ən iri Rusiya telekanallarında yayımlanan 150-dən çox layihənin prodüseridir. "Vayt Media" Timur Vaynşteyn tərəfindən 2010-cu ildə yaradılıb. Prodüserin ən məşhur layihələri arasında - "Soldatı", "Şaslivi v meste", "Rodina" serialları var./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar