Bakıdakı yeraltı piyada keçidlərindən birində kütləvi dava olub
11.10.2017 890 0.0 0

Bakının Xətai rayonunda xəsarətlə nəticələnən kütləvi dava olub.

Məlumata görə, hadisə Babək prospekti, 92 ünvanında yerləşən yeraltı piyada keçidində baş verib.

Sözü gedən ünvanda 37 yaşlı Cahid İnqilab oğlu Abbaslı və 20 yaşlı Kənan Ədalət oğlu Hüseynzadə tanımadığı şəxslərlə mübahisə edib.Tərəflər arasında yaranan mübahisə davaya çevrilib. Nəticədə Cahid və Kənan ağır bədən xəsarətləri alaraq xəstəxanalıq olublar. Onları döyən həmin şəxslər isə hadisə yerindən qaçıblar.

Zərərçəkmişlərə xəstəxanada ilkin yardım göstərildikdən sonra hər iksinin müalicələri davam etdirilməsi üçün şöbəyə yerləşdirilib.

Xətai Rayon Polis İdarəsinin 34 –cü Polis Bölməsi tərəfindən faktla bağlı araşdırmaya başlanılıb./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar