Bakıda zəncirvari qəzada Zaparoje avtomobil yandı-ölən var
03.08.2015 639 0.0 0

Qazeta.info Fövqəladə Hallar Nazirliyinə istinadla bildirir ki,  nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda bir neçə avtomobilin toqquşması yanğınla nəticələnən ağır yol-nəqliyyat qəzasına səbəb olmuşdur.

Məlumata görə,  Hadisə ilə əlaqədar dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, qəza nəticəsində Zaparoje markalı avtomobil deformasiyaya uğramış və yanmışdır. Avtomobilin sürücüsü Hüseynov Ağabala Baba oğlu hadisə yerində vəfat etmişdir.

Xilasedicilər A.Hüseynovun cəsədini avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 20:49-da başa çatmışdır.

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar