Bakıda yolu keçən qadını maşın vuraraq öldürüb
08.09.2017 645 0

Bakıda piyadanı maşın vuraraq öldürüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 7-də saat 19 radələrində Səbail rayonu ərazisində Bakı şəhər sakini Rəsul Rzayev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Cəbrayıl rayon sakini Aynurə Niftəliyevanı vurub və nəticədə piyada hadisə yerində ölüb.
Səbail RPİ tərəfindən araşdırma aparılır./apa/
Digər xəbərlər:
Şərhlər