Bakıda yaşlı kişi kafedə yeyib içdikdən sonra bıçaqlanıb
13.02.2018 790 0.0 0

Bakının Suraxanı rayonunda 1 nəfərin bıçaqlanması ilə nəticələnən dava baş verib.

 

 

Məlumata görə, hadisə Suraxanı qəsəbəsində qeydə alınıb.

 

 

 

1961-ci il təvəllüdlü Səfərov Adil Əli oğlu kafedə yeyib içdikdən sonra tanışı ilə mübahisə edib. Mübahisə zamanı tanışı A.Səfərovu bıçaqlayıb. 

Yaralı təcili yardım vasitəsilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsi araşdırma aparır./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar