Bakıda yaşayış binası yanır
04.03.2016 602 0.0 0

Bakıda yaşayış binasında yanğın başlayıb. Hadisə şahidlərinin verdiyi məlumata görə, Yasamal rayonu, Şərifzadə küçəsi 2 ünvanında qaçqın və məcburi köçkünlərin məskunlaşdığı yaşayış binasında yanğın başlayıb. 

Fövqalə Hallar Nazirliyindən verilən məlumata görə, yanğının qarşısının alınması üçün nazirliyin 3 yanğınsöndürən avtomobili və canlı qüvvəsi əraziyə cəlb edilib, hazırda yanğının qarşısının alınması istiqamətində işlər aparılır.

Sakinlərin binadan təxliyyə edildiyi bildirilir.


Bakıda məcburi köçkünlərin məskunlaşdığı yataqxanada son dəfə yanğın hadisəsi bu ilin yanvar ayında baş verib. Hadisə Nizami rayonu, Elşən Süleymanov küçəsi, 148 ünvanında yerləşən məcburi köçkünlərin məskunlaşdığı 5 mərtəbəli yataqxana binasında qeydə alınıb. 

Binanın 2-ci mərtəbəsində vətəndaşa məxsus mənzilin yanar konstruksiyaları və 3-cü mərtəbədə yaşayan digər vətəndaşa məxsus mənzilin eyvanında quraşdırılmış kondisionerin mühərrik hissəsi yanmağa başlayıb. Ehtimal edilir ki, mənzillərdən birindəki elektrik naqillərində qısa qapanma yaranıb./anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar