Bakıda xarici vətəndaşın külli miqdarda pulu oğurlandı
22.04.2015 710 0.0 0

Bakıda mənzildən oğurluq edilib.

 

Səbail Rayon Polis İdarəsindən  verilən məlumata görə, rayonun Badamdar qəsəbəsində yaşayan 1970-ci il təvəllüdlü İordaniya Krallığı vətəndaşı Rassam Omar aprelin 18-də polisə ərizə ilə müraciət edərək bildirib ki, naməlum şəxs və şəxslər eyvandan mənzilə daxil olaraq 40 min manat pul oğurlayıb.

 

Hazırda polis hadisəni törədən şəxsin və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində iş aparır./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar