Bakıda Türkiyəyə dəstək aksiyası keçirilib
09.09.2015 706 0.0 0

 

Bu gün Beynəlxalq Diaspor Mərkəzinin (BDM) təşkilatçılığı ilə son zamanlar qardaş Türkiyədə PKK terror təşkilatının ard-arda həyata keçirdiyi terror aktlarını qınamaq və həlak olmuş türk əsgərlərinin xatirəsini anmaq məqsədilə Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfirliyi qarşısında Türkiyəyə dəstək aksiyası keçirilib.  Mustafa Kamal 

Atatürkün abidəsinin önündən başlayaraq səfirliyin önünə doğru yürüş keçirilib. Aksiyada "Terrora son!", "Bir millət, iki dövlət!" şüarları səsləndirilib. Aksiyanı giriş sözü ilə açan BDM-in aparat rəhbəri Samir Adıgözəlli aksiyanın keçirilmə məqsədi haqqında məlumat verib. Daha sonra çıxış edən BDM sədri İsmayıl Ağayev terror aktları nəticəsində həlak olan türk əsgərlərinin xatirəsini yad etmiş və Azərbaycanın daim qardaş Türkiyəyə dəstək olacağını bildirmişdir. Aksiyada çıxış edən millət vəkili Xanhüseyn Kazımlı,  BDM-in Yaxın Şərq üzrə nümayəndəsi Aleks Şapiro, BDM-in sədr müavini Ələmdar Nəbiyev, tanınmış idmançı, Avropa çempionu Babək öz çıxışlarında terroru lənətləmiş və bu acı gündə Türkiyə xalqına səbr diləmişlər.

Qazeta.info BDM-in verdiyi məlumata əsasən bildirir ki, Daha sonra səfirlik önünə gül çələngi qoyulmuşdur. Aksiyanın sonunda qətnamə oxunmuş və səfirliyin nümayəndəsinə təqdim edilmişdir. Türkiyə səfiri İsmayıl Alper Coşqun BDM sədri İsmayıl Ağayevi, millət vəkili Xanhüseyn Kazımlını, BDM-in sədr müavini Ələmdar Nəbiyevi, BDM-in aparat rəhbəri Samir Adıgözəllini, BDM-in Yaxın Şərq üzrə nümayəndəsi Aleks Şapironu qəbul etmişdir. BDM sədri İsmayıl Ağayev bir daha başsağlığı vermiş və BDM-in beynəlxalq təşkilatları, dünya birliyini daim bu hadisələri qınamağa çağırdığını və bu istiqamətdə fəaliyyətini davam edəcəyini bildirmişdir. Səfir İsmayıl Alper Coşqun da öz növbəsində təşəkkürünü 

bildirmiş və Azərbaycanın qardaş ölkəyə göstərdiyi həmrəyliyi bir daha gördüklərini vurğulamışdır.

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar