Bakıda sürüşən maşın evlərin arasına düşdü (VİDEO)
28.01.2016 589 0.0 0

Ötən gün 23 radələrində Bakının Neymət Quliyev küçəsi 10 ünvanında, Əbu Bəkir məscidinin yaxınlığında avtomobil qəzası baş verib.

Məlumata görə, Mistubishi Pajero markalı avtomobil yanacaqdoldurma məntəqəsindən çıxarkən yolların buz bağlaması səbəbindən avtomobil idarə etməni itirərək evlərlə yolun arasındakı boşluğa aşıb.

Həmin ərazidə yaşayan sakinlərin bildirdiyinə görə, yolların buz bağlaması nəticəsində ərazidə artıq ikinci yol qəzasıdır ki, baş verir.

Hadisə şahidlərinin verdiyi məlumata görə, hazırda dövlət yol polisinin əməkdaşları oradadır. Ətrafdakı insanların köməyi ilə sürücü maşından çıxarıla bilib. Xoşbəxtlikdən sürücü hər hansı bir xəsarət almayıb. Avtomobilə isə ciddi ziyan dəyib. /anspress/

 


 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar