Bakıda silahlı dəstə üzvləri zərərsizləşdirilib - SİYAHI
27.04.2016 614 0.0 0

Bakıda silahlı dəstə zərərsizləşdirilib.
 
Məlumata görə, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində 1985-ci il təvəllüdlü Kamil Quliyev, 1983-cü il təvəllüdlü Namiq İbayev, 1981-ci il təvəllüdlü Namiq Həşimov,  1985-ci il təvəllüdlü Orxan İbrahimov, 1989-cu il təvəllüdlü Məhərrəm Məmmədov saxlanılıblar.
 
K. Quliyevin üzərindən 2, 254 qram heroin, idarə etdiyi avtomobildən isə 1 ədəd nömrəsiz “Naqan” tipli tapança və 4 ədəd güllə; N. İbayevin üzərindən 2, 688 qram heroin, idarə etdiyi avtomobildən 1 ədəd avtomat, 1 ədəd içərisində 22 güllə olan daraq, N. Həşimovun üzərindən heroin, O. İbrahimovdan isə qurudulmuş marixuana, M. Məmmədovun üzərindən "Makarov" tipli tapança və 3 ədəd güllə aşkar edilərək götürülüb.
 
Hazırda faktla bağlı araşdırmalar davam etdirilir. /apa/ 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar