Bakıda Salyan sakininin boğazı qonşusu tərəfindən kəsilib
27.03.2018 917 0

Bakının Nəsimi rayonunda bir nəfərin boğazı kəsilib.
Məlumata görə, Salyan rayon sakini, 1985-ci il təvəllüdlü Nəcəfov Nurlan Böyükkişi oğlu Mirqasımov küçəsində restoranda müştəri kimi əyləşərkən qonşuluğunda yaşayan şəxs tərəfindən çölə çağırılıb. Naməlum şəxs N.Nəcəfovun boğazını bıçaqla kəsib.
Yaralı çoxlu qan itirirək 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırlıb. N.Nəcəfov cərrahi əməliyyat olunub.
Lakin onun vəziyyəti ağırdır.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin əməkdaşları araşdırma aparır./Report/
Digər xəbərlər:
Şərhlər