Bakıda sərnişin hərəkətdə olan avtobusdan yıxıldı
14.10.2016 643 0.0 0

Bakının Binəqədi rayonunda avtobusda sərnişin bədən xəsarətləri alıb.

Qazeta.info "Report"un məlumatına əsasən bildirir ki, hadisə bu gün səhər saatlarında 92 nömrəli marşut xətti üzrə hərəkət edən avtobusda baş verib.

Belə ki, Biləcəri qəsəbəsində hərəkətdə olan avtobusun sürücüsü qəfildən əyləcdən istifadə edib. Bu zaman ayaq üstə dayanan Rəşid adlı ahıl kişi müvazinətini itirərək avtobusdakı oturacaqlara çırpılıb.

Baş və bədən nahiyəsindən xəsarət alan sərnişin yaxınlıqdakı xəstəxanaya çatdırılıb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar